Xalq artisti Rasim Balayev vəfat edib

0
11

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Rasim Balayev vəfat edib. O, 29 mart 2026-cı ildə müalicə aldığı İstanbul şəhərində dünyasını dəyişib.

Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. O, uzun illər ərzində Azərbaycan kinosunda yaddaqalan obrazlar yaratmış, xüsusilə tarixi və dramatik rolların mahir ifaçısı kimi tanınmışdır.

Aktyor geniş tamaşaçı kütləsinə daha çox “Nəsimi” filmində canlandırdığı böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimi obrazı ilə məşhurlaşmışdır. Bundan əlavə, o, “Babək”, “Dədə Qorqud” və digər filmlərdəki rolları ilə də milli kino tarixində silinməz iz qoymuşdur.

Rasim Balayev sənət fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiq görülmüş, eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyət göstərmişdir.

Görkəmli sənətkarın vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir.

Allah rəhmət eləsin.