Zərdabda dəhşətli qəza: Azı 5 nəfər yanaraq öldü

0
6

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azerxeber.com xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.