Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləkli hava şəraiti ilə bağlı açıqlama verilib.
Azerxeber.com-un məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda davam edən küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarında zəifləyəcək və tədricən kəsiləcək.
Qeyd edək ki, hazırda ölkənin bəzi ərazilərində küləkli və yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakteri daşıyır.
Meteoroloji vəziyyətin sentyabrın 8-i səhər saatlarından etibarən tədricən sabitləşəcəyi gözlənilir.




