
İran hazırda heç bir danışıqlar aparmır və bu istiqamətdə edilən çağırışları qəbul etmir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, hazırda danışıqlardan danışılması qarşı tərəfin zəiflədiyini göstərir. Nazir qeyd edib ki, əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edən tərəfin indi danışıqlara çağırması məğlubiyyətin etirafıdır.
Əraqçi əlavə edib ki, atəşkəs yalnız konkret zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlana bilər.
Onun fikrincə, zəmanətsiz atəşkəs gələcəkdə müharibənin təkrarlanmasına səbəb olur.




