Latviyada məktəblilər üçün dron təlimləri təşkil edilir: NATO standartlarını öyrənirlər

0
29

Latviyada yuxarı sinif şagirdləri üçün pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi və NATO standartlarına həsr olunan yay sessiyaları keçirilir.

“RIA Novosti”nin məlumatına görə, Latviyanın Gənclərin Müdafiə Mərkəzi yüksək tələbat səbəbindən bu il məktəblilər üçün ümumilikdə 12 yay sessiyası təşkil edib.

Növbəti sessiyalardan biri avqustun 11-20-də Kuldiq diyarında keçirilib. Təlimdə 27 şagird iştirak edib. Daha bir sessiyanın isə avqustun 31-dək keçirilməsi planlaşdırılır.

10 gün davam edən təlimlər zamanı şagirdlər aeronavtika və meteorologiyanın əsaslarını, hava məkanının təsnifatını öyrənib, həmçinin Litva və NATO-nun normativ sənədləri ilə tanış olublar. Proqram çərçivəsində əsas maskalanma prinsipləri və NATO fonetik əlifbası da tədris olunub.

NATO fonetik əlifbası radioəlaqə zamanı hərflərin və rəqəmlərin daha aydın çatdırılması üçün istifadə olunan standart kod sözləri sistemidir.

Qeyd edək ki, düşərgələr dövlət orta məktəblərinin yuxarı sinif şagirdləri, eləcə də texniki məktəblərin ilk üç kursunda təhsil alan gənclər üçün nəzərdə tutulub.