Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq – Sürücülərə xəbərdarlıq

0
13

Bakının Nəsimi rayonunda yol təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Azerxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işlərinin aparıldığı ərazilərdə yol örtüyünün bərpası həyata keçiriləcək.

Bununla əlaqədar 18 sentyabr saat 23:00-dan 20 sentyabr saat 02:00-dək Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsi ilə Hənifə Ələsgərova küçəsi arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Agentlik tərəfindən bildirilib ki, təmir-bərpa işlərinin mümkün qədər qısa müddətdə başa çatdırılması məqsədilə istirahət günlərindən də istifadə olunmaqla ərazidə intensiv işlər aparılacaq.

Sürücülərdən qeyd olunan tarix və saatlarda sözügedən ərazidən keçərkən alternativ marşrutlardan istifadə etmələri, həmçinin yol təsərrüfatında aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.