
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün üçtərəfli danışıqlarda ABŞ-ın vasitəçi rolunu yenidən üzərinə götürə biləcəyi bildirilib.
Azerxeber.com xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Breitbart News”a açıqlamasında danışıb.
Bessentin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün danışıqların aparılması vacibdir.
O bildirib ki, əgər ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar baş tutarsa, ABŞ bu prosesdə əsas rol oynaya bilər. Bessent həmçinin Avropa ölkələrinin belə bir formatda iştirak etmək istəməyə biləcəyini qeyd edib.
Xatırladaq ki, sentyabrın 5 və 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Moskva və Kiyevdə görüşlər keçiriblər.
Onların ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün təşkil olunması niyyətində olduqları bildirilir.



