“İnter Mayami” yeni stadionunda Lionel Messinin adını daşıyan tribunanı açır

0
146

İnter Mayami” futbol klubu yeni stadionunda Şərq tribunasına Lionel Messinin adını verib. Klubun mətbuat xidməti bu qərarı rəsmi şəkildə açıqlayıb.

Beləliklə, Messi dünya futbolu tarixində nadir bir rekorda imza atacaq: hələ aktiv oyunçu olarkən onun adını daşıyan tribunada çıxış edəcək ilk futbolçu olacaq. Yeni stadionun açılışı 4 aprel tarixində keçiriləcək.

Lionel Messi 2023-cü ildən etibarən MLS təmsilçisi İnter Mayaminin formasını geyinir və onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Bu addım, Messinin həm klub, həm də dünya futbolu üçün nüfuzunu daha da möhkəmləndirir.