
Azərbaycanın görkəmli kino və teatr xadimi, Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.
Mərhum sənətkarla əvvəlcə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib. Mərasimdə Baş nazir Əli Əsədov, hökumət üzvləri, deputatlar, aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
Vida mərasimi başa çatdıqdan sonra Rasim Balayevin cəsədi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
Qeyd edək ki, Xalq artisti Rasim Balayev ötən gün İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.
Görkəmli sənətkarın vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir.








