Anthropic-in Claude Code proqramının ilkin kodu GitHub-da yerləşdirilib

0
8

Yeniləmənin yayımlanması zamanı tərtibatçıların səhvi nəticəsində həvəskarlar 500 mindən çox kod sətirini bərpa ediblər.

Qabaqcıl süni intellekt agenti Claude Code-un ilkin kodu internetdə yayılıb. Məlumat sızıntısı Anthropic-in özünün texniki səhvi nəticəsində baş verib. Yeniləmənin (npm paketinin 2.1.88 versiyası) yayımlanması zamanı təsadüfən .map faylı yerləşdirilib və istifadəçilər bu fayldan TypeScript dilində təxminən 512 min sətir kodu bərpa edə biliblər.

Məlumat sızması Claude Code-dan pulsuz istifadə imkanını vermiyəcək, çünki agent Anthropic-in serverlərinin gücündən istifadə etməlidir, lakin bu, süni intellektin daxili məntiqini ifşa edib. Skriptlərdə gələcək dil modelləri olan Opus 4.7 və Sonnet 4.8-dən, eləcə də Capybara kod adı ilə tanınan, hələ elan edilməmiş neyroşəbəkədən bəhs edən məqamlar aşkar edilib.

Bundan əlavə, mənbə kodlarında bir sıra gizli funksiya və sistemlər aşkar edilib. Anthropic bu hadisə ilə bağlı heç bir şərh verməyib.