
Moskvadan Bakıya istiqamətlənmiş “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi quşlarla toqquşma nəticəsində Şeremetyevo hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Azerxeber.com xəbər verir ki, aviaşirkətin açıqlamasına əsasən, eniş uğurla həyata keçirilib; hər iki mühərrik normal işlək vəziyyətdə olub və təyyarə daha sonra dayanacaq mövqeyinə yönəldilib.
Bildirilib ki, sərnişinlər Bakıya davam etmək üçün alternativ təyyarə ilə yola salınacaqlar.




