Kürdəmirdə 7 yaşlı uşağın ölümü ilə nəticələnən qəza

0
15

Kürdəmirin Çöl-Ərəb kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azerxeber.com xəbər verir ki, 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən VAZ-2107 markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here