İkinci əl avtomobil alarkən diqqət edilməli vacib məqamlar

0
24

Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifarişi kütləvi hal alıb. Vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini münasib qiymətə alaraq ölkəyə gətirirlər.

Lakin bu prosesin uzun çəkməsi yerli bazarda yeni bir seqmentin formalaşmasına səbəb olub. Artıq belə avtomobillərin satışını həyata keçirən xüsusi saytlar fəaliyyət göstərir. Bu kateqoriyada isə əsasən Çin istehsalı olan qəzalı avtomobillər üstünlük təşkil edir.

Bəs bu cür avtomobilləri almaq nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı fikirlərini bölüşən avtobloqer Araz Mübarizoğlu bildirib ki, seçim zamanı avtomobilin zədə dərəcəsinə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, yeni Çin avtomobilləri təqdim edilərkən bəzən tənqidlərlə qarşılaşsalar da, əsas məsələ qəzanın növüdür.

O qeyd edib ki, ABŞ-dən gətirilən avtomobillərin əksəriyyəti də qəzalı olur. Lakin qapıda kiçik cızıq və ya yüngül əzik kimi zədələr ciddi problem sayılmır və usta tərəfindən qısa müddətdə bərpa edilə bilər.

Araz Mübarizoğlu vurğulayıb ki, yüngül zədələr təhlükəli olmasa da, avtomobilin gövdəsində ciddi deformasiya varsa, belə nəqliyyat vasitələrini almaq risklidir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here