Sumqayıt sakininin evi yanaraq kül oldu

0
20

Azerxeber digər mənbəyə istinadən bildirir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Məlumata əsasən, 1959-cu il təvəllüdlü Həşim Hacıbaba oğlu Həşimova məxsus, ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə operativ şəkildə yanğınsöndürmə qüvvələri cəlb olunub və görülən tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılması məhdudlaşdırılıb.

Hazırda yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here