Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı – regional gərginlik və dron hücumları müzakirə olundu

0
17

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyanın qarşısının alınması istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına yönəlmiş dron hücumları ilə bağlı araşdırmanın başa çatdırılması istiqamətində Azərbaycanın gözləntilərini bir daha diqqətə çatdırıb.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here