
Rusiyanın Vladikavkaz şəhərində güclü partlayış baş verib.
“Mash” Telegram kanalının məlumatına görə, hadisə pirotexniki məmulatların saxlanıldığı anbarda qeydə alınıb. Şahidlərin sözlərinə görə, əvvəl güclü partlayış səsi eşidilib, daha sonra təxminən 30 metr hündürlüyündə qara tüstü havaya qalxıb.
Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb, onların vəziyyətinin ağır olduğu bildirilir.




