Donald Tramp tərəfindən “Truth Social” platformasında verilən məlumata əsasən, ABŞ və İran arasında nüvə proqramı və Hörmüz boğazı ilə bağlı mühüm razılaşma əldə olunmuşdur.
Razılaşmaya görə, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması nəzərdə tutulur, eyni zamanda Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatı üçün açıq və təhlükəsiz qalması təmin edilir. Qeyd olunur ki, bu məsələlər tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır.
Bundan əlavə, ABŞ prezidenti hazırda Amerika hərbi qüvvələrinin resurslarını bərpa etdiyini və növbəti mərhələnin başlanmasını gözlədiyini bildirmişdir.




