Fransa və Böyük Britaniya Hörmüz boğazında çoxmillətli missiyaya rəhbərlik edəcək

0
18

Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçilik sərbəstliyinin təmin olunması məqsədilə yaradılacaq çoxmillətli missiyaya rəhbərlik edəcək.

Baş nazir bildirib ki, missiya kommersiya gəmiçiliyinin təhlükəsizliyinin qorunması və minalardan təmizlənmə prosesinə dəstək göstərilməsi məqsədi daşıyacaq.

Azerxeber.com “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib. Onun sözlərinə görə, 10-dan çox ölkə şərait imkan verdiyi təqdirdə missiyada iştirak etməyə razılıq verib.

Fransa Prezidenti Emmanuel Makron isə ölkəsinin hərbi dəniz qüvvələrinə məxsus bəzi gəmilərin Şərqi Aralıq dənizi və Qırmızı dəniz bölgəsinə göndərilməsinə hazır olduqlarını açıqlayıb.

Liderlər Hörmüz boğazında hərəkət azadlığının məhdudlaşdırılmasına qarşı olduqlarını vurğulayaraq, boğaza nəzarət cəhdlərini və keçid üçün ödəniş tətbiqini qəbuledilməz hesab etdiklərini bildiriblər.