
Azerxeber.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı bildirib.
Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni addımların atılması nəzərdə tutulur.
Ərdoğan qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələri daha yüksək səviyyəyə çatdırmaq üçün qarşılıqlı siyasi iradə mövcuddur və yeni addımlarla bu məqsədə nail olmaq mümkündür.
Görüş zamanı regional məsələlərə də toxunulub. Türkiyə lideri İrandakı müharibənin mənfi təsirlərinin həm Türkiyə, həm də Azərbaycan tərəfindən hiss edildiyini vurğulayıb.
Prezident Ərdoğan, həmçinin Ermənistanla Azərbaycan arasında davamlı sülh istiqamətində atılan addımları müsbət qiymətləndirərək, Ankaranın bu prosesi dəstəkləməyə davam edəcəyini bildirib.




