Başlıbel qətliamından 33 il ötür

0
19

Bu gün Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan Başlıbel qətliamından 33 il ötür. 1993-cü il 18 aprel tarixində Kəlbəcər rayonunun Başlıbel kəndində dinc əhaliyə qarşı törədilən bu qətliam insanlığa qarşı ağır cinayət nümunəsi kimi tarixə düşmüşdür.

Erməni silahlı qüvvələrinin hücumu zamanı kənd sakinləri həyatlarını xilas etmək məqsədilə dağlıq ərazilərdəki sığınacaqlara üz tutmuş, lakin mühasirəyə alınaraq silahlı hücuma məruz qalmışlar. Nəticədə dinc sakinlər qətlə yetirilmiş, girov götürülmüş, sağ qalanlar isə uzun müddət ağır şəraitdə yaşamağa məcbur olmuşdur.

Başlıbel qətliamı mülki əhaliyə qarşı həyata keçirilmiş zorakılıq aktı olmaqla yanaşı, insan hüquqlarının kobud şəkildə pozulması, etnik təmizləmə siyasəti və müharibə cinayətinin bariz təzahürü kimi qiymətləndirilir.

Bu faciənin unudulmaması, qurbanların əziz xatirəsinin yad edilməsi və Başlıbel həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması tarixi ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.