
İranın Natanz şəhərindən təxliyə elan olunması ilə bağlı yayılan xəbərlər rəsmi qurumlar tərəfindən təkzib edilib.
Tasnim agentliyinin məlumatına görə, prokurorluq və İslam İnqilabı Keşikçiləri Korpusu qarşı tərəfin təbliğat fəaliyyətini artırdığını, xüsusilə Natanzın təxliyəsi barədə əsassız məlumatların yayıldığını bildirib. Qeyd olunub ki, şəhərdə hər hansı təxliyə prosesi aparılmır.
Xatırladaq ki, martın 21-də İranın Atom Enerjisi Təşkilatı Natanzda yerləşən uranın zənginləşdirilməsi kompleksinə İsrail və ABŞ tərəfindən zərbə endirildiyini açıqlamışdı.



