Beyləqanda ağır qəza: 64 yaşlı kişi öldü, qızı yaralandı

0
6

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azerxeber.com-un Qarabağ bürosunun məlumatına görə, qəza rayonun Bolsulu kəndində qeydə alınıb.

Hadisə nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu həyatını itirib.

Qəza zamanı onun 1996-cı il təvəllüdlü qızı Muradova Aytən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.