Bakıda güclü külək 15 ağacı aşırdı – 20 ağacın budaqları qırıldı

0
6

Bakıda güclü külək ağaclara ciddi ziyan vurub.

Azerxeber.com-un məlumatına görə, sentyabrın 7-də gün ərzində əsən güclü külək nəticəsində paytaxt ərazisində 15 ağac sınıb, 20 ağacın isə budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları yaranan vəziyyətlə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

Sınan ağaclar və qırılan budaqlar növbətçi briqadalar tərəfindən operativ şəkildə ərazidən götürülüb, ərazilərdə təmizlik işləri aparılıb.

Hazırda paytaxt ərazisində vəziyyət nəzarətdə saxlanılır.