31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

0
9

Bu gün Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba və digər bölgələrdə minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib.

Tarixi mənbələrə görə, həmin dövrdə dinc əhaliyə qarşı həyata keçirilən bu qətliamlar nəticəsində on minlərlə insan həyatını itirib, kəndlər dağıdılıb, mədəni və dini abidələr məhv edilib.

31 Mart soyqırımı xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlara həkk olunub. Bu gün ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Unutmadıq, unutdurmayacağıq.