Telegram komandası kritik sıfır gün zəifliyi barədə şayiələri təkzib etdi

0
9

Mesencerdən bildiriblər ki, bütün stikerlər serverlər tərəfindən əvvəlcədən yoxlanılır, odur ki, bu cür zərərli istismarı həyata keçirmək mümkün deyil.

Telegram-ın mətbuat xidməti “Kod Durova” nəşrinə verdiyi şərhdə bildirib ki, daha əvvəl bildirilən sıfır gün zəifliyi mövcud deyil – tədqiqatçı hücumun mümkünlüyünü səhvən iddia edib.

Təhlükə barədə məlumat 27 mart tarixində yayılmışdı. O zaman mütəxəssislər iddia edirdilər ki, zərərli kodu olan xüsusi stikerdən istifadə edərək istənilən Telegram hesabını ələ keçirmək mümkündür. Bu boşluq CVSS şkalası üzrə 10 baldan 9,8 bal almışdı ki, bu da onu potensial olaraq ən yüksək təhlükə kateqoriyasına aid edirdi.

Telegram nümayəndələri bu cür zəiflikdən istifadə etməyin mümkün olmadığını bildiriblər. Mesencerə yüklənən bütün stikerlər istifadəçilərin Telegram proqramlarında göstərilməzdən əvvəl serverlər tərəfindən ciddi yoxlamadan keçirilir.