Lənkəranda avtomobil kanala aşıb: 6 nəfər xəsarət aldı

0
15

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran-Lerik magistralında, rayonun Qurumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan “Audi Q7” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər – bir ailənin üzvləri müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında 1953-cü il təvəllüdlü Yelena Qurbanova, 1981-ci il təvəllüdlü Ruslan Qurbanov, 1988-ci il təvəllüdlü Günel Qurbanova, 1973-cü il təvəllüdlü Maya Hüseynova, eləcə də azyaşlılar da var.

Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here