Artemis 2 missiyası rəsmi olaraq başlayıb.
Bir neçə dəfə təxirə salındıqdan sonra, SLS raketi Orion kosmik gəmisi ilə birlikdə Floridadakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxıldı.
Artemis 2 missiyası rəsmi olaraq başlayıb!
10 günlük uçuş haqqında bilməli olduqlarınız:
- Bu, orbitə çıxma missiyası deyil, Ayın ətrafında uçuşdur. Gəmi Ayın cazibə zonasına daxil olacaq, Ayın ətrafında dövrə vuracaq və Yerə geri dönəcək.
- Tarixi heyət. Kosmosa Rid Vaysmen (komandir), Viktor Qlover (dərin kosmosda olan ilk qaradərili astronavt), Kristina Kuk (Ay missiyasında iştirak edən ilk qadın) və Ceremi Hansen (ilk kanadalı) yollanıb.
- Məsafə rekordunu qırmağı hədəfləyirik. Uçuşun altıncı günündə ən uzaq nöqtəyə çatacağımız planlaşdırılır: Orion Ayın arxa tərəfinə 6000 km məsafədə yaxınlaşacaq və Yerdən 402 000 km uzaqlaşacaq, beləliklə, Apollo 13 missiyasının tarixi rekordunu qıracaq.
- Əsas vəzifələr. Ekipaj lazer optik rabitəni, yeni OCSS Ay skafandrlrını, radiasiyadan qorunma sistemini və gəminin əl ilə idarə edilməsini sınaqdan keçirəcək.
Təxminən 6 gün sonra Ay səthinin ilk fotolarını gözləyirik. Missiyanın sonundakı ən təhlükəli mərhələ isə kapsulun suya enməzdən əvvəl saatda 40 000 km sürətlə atmosferə daxil olması olacaq.
Ümidvarıq ki, bu tarixi missiya uğurla başa çatacaq və biz mütləq bunun haqqında yazacağıq! Həmçinin, NASA öz YouTube kanalında gecə-gündüz yayımlanan canlı yayım başlatmışdır. Əgər istəsəniz, Artemis 2 missiyasının gedişatını istənilən vaxt izləyə bilərsiniz.


