Bu boşluq CVSS şkalası üzrə 10 baldan 9,8 bal alıb ki, bu da onu potensial olaraq ən yüksək təhlükə kateqoriyasına aid edir. 3Side mütəxəssislərinin sözlərinə görə, hazırda bu boşluqdan istifadə edərək, demək olar ki, istənilən hesabı sındırmaq mümkündür. Hücumu şəbəkə vasitəsilə uzaqdan həyata keçirmək mümkündür, onun istismarı çətin deyil və qurbanın heç bir əməliyyat həyata keçirməsi tələb olunmur.
Boşluqla bağlı məlumat 26 mart 2023-cü il tarixində Telegram-in tərtibatçılarına təqdim edilib. Qaydalara əsasən, mesencerin komandasına boşluğu aradan qaldırmaq üçün 120 gün vaxt verilir və bu müddət bitənə qədər boşluğun texniki təfərrüatları açıqlanmır. Hələlik Telegram komandası bu barədə heç bir şərh verməyib.




