
“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ödənilməyən imic hüquqları səbəbindən klub rəhbərliyinə rəsmi xəbərdarlıq edib. İdman mətbuatının məlumatına görə, ulduz forvard klubdan ona çatmalı olan təxminən 4 milyon avro məbləği hələ də ala bilmədiyi üçün bu addımı atmaq məcburiyyətində qalıb.
Hücumçunun qəfil xəbərdarlıq məktubu klub rəhbərliyində həm təəccüb, həm də narazılıq yaradıb. Qeyd edək ki, İkardi daha əvvəl də maaşının gecikdirilməsi səbəbindən bənzər addımlar atmışdı.
Məlumata görə, İkardinin imic hüquqları ilə bağlı müqaviləsi klubun sabiq vitse-prezidenti Erden Timur və keçmiş konqres üzvü Murat Özkaya ilə bağlanmışdı. Lakin onların həbs olunması nəticəsində futbolçuya vəd edilən vəsait ödənilməyib.
Bu hadisə Liqa və klub üçün maliyyə və hüquqi baxımdan əhəmiyyətli məsələ kimi qiymətləndirilir.




