
İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşı qolu seçilib.
21 yaşlı futbolçu meydanın mərkəzinə yaxın məsafədən topu dəqiq zərbə ilə qapıdan keçirib.
“Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində vurulan bu qol rekordla da yadda qalıb.
Arda Gülər 55 metrlik məsafədən vurduğu qolla İniqo Martinesə məxsus olan La Liqanın ən uzaq məsafədən vurulan qol rekordunu 13 metr yeniləyib.



