Məktəblərdə elektron yerdəyişmə başlayır: tarix və saat AÇIQLANDI

0
33

2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı tarix açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, proses avqustun 20-si saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Elektron yerdəyişmə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Valideynlər və digər qanuni nümayəndələr prosesi sy.edu.az portalı üzərindən həyata keçirə biləcəklər.

İnternetə çıxışı olmayan vətəndaşlar isə yerdəyişmə ilə bağlı Agentliyin və yerli təhsil idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.