Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 11–13-də keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin ilk mərhələdəki rəqibləri müəyyənləşib.
AzərXəbərin məlumatına görə, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq xalları qazandıran nüfuzlu yarışda Azərbaycan 11 çəki dərəcəsi üzrə 16 idmançı ilə təmsil olunacaq. Komandanın heyətində 12 kişi və 4 qadın cüdoçu yer alıb.
Turnirdə ümumilikdə 67 ölkədən 504 idmançının – 308 kişi və 196 qadın cüdoçunun iştirakı gözlənilir. Yarışın təsnifat mərhələsi hər gün saat 11:00-da, final bloku isə saat 19:00-da başlayacaq.
Azərbaycan təmsilçilərinin ilk mərhələdəki rəqibləri aşağıdakılardır:
Qadınlar
48 kq çəki dərəcəsi, 1/16 final:
Könül Əliyeva – Mariya Sequnda (Anqola)
52 kq çəki dərəcəsi, 1/16 final:
Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)
70 kq çəki dərəcəsi, 1/16 final:
Südabə Ağayeva – Tais Pina (Portuqaliya)
+78 kq çəki dərəcəsi, 1/16 final:
Madina Kaisinova – Qabriyel Buvye (Belçika)
Kişilər
60 kq çəki dərəcəsi, 1/32 final:
Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)
60 kq çəki dərəcəsi, 1/16 final:
Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)
66 kq çəki dərəcəsi, 1/16 final:
Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT)
Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi
73 kq çəki dərəcəsi, 1/32 final:
Kamran Süleymanov – Natan Kadinyan (Fransa)
Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)
81 kq çəki dərəcəsi, 1/32 final:
Hidayət Heydərov – Benedek Tot (Macarıstan)
Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)
90 kq çəki dərəcəsi, 1/16 final:
Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi
100 kq çəki dərəcəsi, 1/16 final:
Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi
+100 kq çəki dərəcəsi, 1/16 final:
Camal Qamzatxanov – İqor Vraçar (Serbiya)
Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)
Beləliklə, Azərbaycan cüdoçuları Budapeştdə keçiriləcək turnirdə yüksək səviyyəli rəqiblərlə qarşılaşacaqlar. Yarış həm idmançıların beynəlxalq reytinq mövqelərinin möhkəmləndirilməsi, həm də Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya mübarizəsi baxımından mühüm əhəmiyyət daşıyır.



